Dünya

Şimali Koreyanın keçmiş XİN rəhbərinin edam edildiyi məlum olub

Sharing is caring!

Şimali Koreyanın keçmiş xarici işlər naziri Li Yon Hö və digər dörd və ya beş yerli diplomat 2022-ci ilin yayında və ya payızında edam edilib.

Mənbələr etiraf edirlər ki, KXDR-in Böyük Britaniyadakı səfirliyinin işindəki bəzi “problemlər” diplomatların edam edilməsinə səbəb ola bilərdi. Belə ki, ölənlərin hamısı müxtəlif vaxtlarda orada işləyib.

Li Yon Hö 2016-2020-ci illərdə səfirliyin rəhbəri vəzifəsində çalışıb.

Bildirilir ki, Şimali Koreya hakimiyyəti xaricdəki nümayəndələrinə nəzarəti artırmağa başlayıb. Edam edilən məmurlara yaxın olan bir sıra diplomatlar da onların “təmizlənəcəyindən” qorxurlar.

Şimali Koreyanın Böyük Britaniyadakı səfiri kimi Li Yon Hö nüvə proqramı ilə bağlı altıtərəfli danışıqlarda ölkəsini təmsil edib. O, Xarici İşlər Nazirliyində olarkən Şimali Koreya lideri Kim Çen In və ABŞ-ın keçmiş prezidenti Donald Tramp arasında 2018 və 2019-cu illərdə keçiriləcək sammitlərin təşkilində də “əsas rol oynayıb”.

Li Yonq Hö 2020-ci ildə xarici işlər naziri vəzifəsindən azad edilib.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir