Dünya

Nyu-Yorkda avtomobil restorana çırpıldı: 18 nəfər yaralandı

Sharing is caring!

ABŞ-də Nyu-Yorkun İnvud rayonunda avtomobilin restorana çırpılması nəticəsində azı 18 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Şəhər polisinin məlumatına görə, insident yerli vaxtla saat 21:00 radələrində baş verib. İlkin versiyaya görə, insident “Audi” markalı avtomobilin “Toyota RAV-4” yolsuzluq avtomobili ilə toqquşmasından sonra baş verib. “Toyota RAV-4” zərbədən səkiyə çıxıb və “Inwood Bar and Grill” restoranına çırpılıb.

“Audi”nin sürücüsü hadisə yerindən qaçıb.

Bütün zərərçəkənlərin Nyu-Yorkdakı tibb müəssisələrinə aparıldığı qeyd edilir. Onların həyatı təhlükədə deyil.

Hadisənin səbəbləri və təfərrüatları araşdırılır.

Mənbə: PIX11

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir