Dünya

Türkiyədə prezident seçkiləri vaxtından əvvəl keçirilə bilər

Sharing is caring!

Türkiyədə iyunun 18-nə təyin edilmiş prezident və parlament seçkilərinin tarixi bir qədər erkən vaxta salına bilər.

Bu ehtimalı bazar ertəsi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik açıqlayıb.

“Bizim bu seçkiləri iyunun 18-də keçirmək iradəmiz var. Lakin bu, vətəndaşlarımızın xaricə məzuniyyətə getdiyi bir dövrə təsadüf edir. Odur ki, bəzi problemlər yarana biləcəyi üçün vəziyyətlə bağlı qiymətləndirmələr aparırıq”, – deyə Çelik bəyan edib.

Eyni zamanda AKP nümayəndəsi qeyd edib ki, səsvermə tarixinin mümkün dəyişdirilməsi növbədənkənar seçkilərin keçirilməsi kimi qiymətləndirilə biləcək bir qərar olmayacaq.

“Bizim etdiyimiz qiymətləndirmələr erkən seçkilər kontekstində deyil. Bu məsələ ilə bağlı hələ yekun qərar yoxdur”, – o əlavə edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir