Dünya

İsrailin yeni baş naziri ilk xarici səfərini BƏƏ-yə edəcək

Sharing is caring!

29 dekabr 2022-ci ildə vəzifəsinin icrasına başlayan İsrailin baş naziri Benyamin Netanyahu ilk rəsmi xarici səfərini Birləşmiş Ərəb Əmirliklərinə etməyi planlaşdırır.

Məlumata görə, səfər gələn həftənin əvvəlində baş tuta bilər, lakin dəqiq tarix və gündəm hələ də müzakirə olunur.

Qeyd edək ki, Netanyahu üçüncü dəfə İsrailin baş naziri olub. BƏƏ prezidenti Məhəmməd bin Zayed Al Nəhyan dekabrın 31-də Netanyahuya zəng edərək onu təbrik edib. Ərəb lideri həmçinin İsrail baş nazirini və həyat yoldaşını yaxın vaxtlarda Əbu-Dabiyə rəsmi səfərə dəvət etdiyini təsdiqləyib, bununla bağlı Netanyahunun razılığını alıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir