Dünya

Niderlandda bayram atəşfəşanlığı: Kor olan və ağır yaralananlar var

Sharing is caring!

Niderlandda Yeni il gecəsi şərəfinə atəşfəşanlıq nəticəsində 20 nəfər yaralanıb.

Yanvarın 1-nə olan məlumata görə, Rotterdam Oftalmoloji Xəstəxanasından atəşfəşanlıq nəticəsində 20 nəfərin gözündən xəsarət aldığı bildirilib.

Onlardan altı nəfəri ağır yaralanıb.

Zərərçəkənlərdən birinin bir gözü həmişəlik kor olub.

Məlumata görə, təkcə atəşfəşanlıq edənlər deyil, həm də yoldan keçənlər də yaralanıb. Xəstələrdən biri 25 metr məsafədə olarkən xəsarət alıb.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir