Dünya manset

“İŞİD-çilərin əksəriyyəti avropalıdır” – Pompeodan şok etiraf

Sharing is caring!

“Anti-İŞİD koalisiyasının avropalı və digər üzvləri bu terror təşkilatının ələ keçirilən üzvlərini təhvil almalı və məhkəməyə çıxarmalıdır”.

XəbərAl.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.

Pompeo bildirib ki, koalisiyada təmsil olunan ölkələrin cinayətlərdə məsuliyyət daşıyan minlərlə terrorçunu təhvil alması əsas şərtdir:

“Saxlanılan əcnəbi militanların əksəriyyəti Avropadan gəlib, amma ölkələri onları geri almaq istəmir. Onları məhkəmədə mühakimə etmək İŞİD-in xilafətinin dirilməsi və ideologiyasının yayılmasının qarşısını alacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir