Dünya manset

Əvvəlcə gözləri kor edilməli idi, sonra… – Edam məhkumundan şok qərar

Sharing is caring!

İranda qəsdən adam öldürmədə ittiham olunan 1 nəfər edam olunub. Bir məhkum isə ölüm hökmünün icrasından əvvəl keçirdiyi əsəb gərginliyinə görə intihar edib.

XəbərAl.az  xəbər verir ki, beş il əvvəl bacısının ərini qətlə yetirən Məhəmməh Hüseyn Sultani Buşehr həbsxanasında dara çəkilib.

Həmçinin bir neçə il əvvəl naməlum səbəbə görə baş verən bir davada bir nəfəri qətlə yetirən, bir nəfərin isə kor olmasına səbəb olan Məcid Əli Bəxşi noyabrın 13-də Kərəcin Rəcayişəhr zindanında edam olunmalı idi. O, məhkəmənin qərarına görə, əvvəlcə iki gözü kor edilməli, sonra isə həmin həbsxanada dara çəkilməli idi.

Lakin cəzalandığı günün yaxınlaşdığından əsəb gərginliyi keçirən məhkum edama üç gün qalmış saxlanıldığı həbsxanada özünü asaraq həyatına son qoyub.

Olay bir neçə gün əvvəl baş versə də, bu barədə mediaya məlumat yeni verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir