Dünya manset

“Türkiyə narahatdır, başa düşürəm…” – Putindən açıqlama

Sharing is caring!

“Türkiyə prezidenti ilə sıx təmasdayam. Məlum təşkilatlarla bağlı narahatlığının olduğunu bilirəm. Türkiyə tərəfi bölgədəki vəziyyətə dair narahatlığını Rusiya ilə bölüşəcək. Müdaxilələrin olduğunu görsək, buna reaksiya verməyə hazırıq”.

XəbərAl.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Rusiya lideri Suriya ordusunun (Bəşər Əsəd) Türkiyə ilə sərhədlərdə patrul xidmətinə başladığını da açıqlayıb.

Putin çıxışında ABŞ Prezidenti Donald Trampın İŞİD-i məğlub etmələri və Əbu Bəkir əl-Bağdadinin öldürülməsi barədə açıqlamalarına da münasibət bildirib:

“ABŞ-ın burada rolu oldu. Amma hərbi əməliyyatların miqyası və nəticələri nəzərə alanda Rusiyanın burada oynadığı rolu görə bilərik”.

Rusiya başçısı ABŞ-ın Suriyada hərbi qüvvə saxlamasına toxunub: “ABŞ ordusu hələ də bu bölgədədir və bundan əvvəl dediyimiz kimi, ABŞ-ın buradakı fəaliyyəti qanunsuzdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir