Dünya

Kadırovun uşaqlarına məşq keçən sabiq MMA döyüşçüsü 31 yaşında öldü – FOTO

Sharing is caring!

Rusiyalı qarışıq döyüş ustası (MMA) Abdul-Kərim Edilov 31 yaşında vəfat edib.

İdmançının ölüm səbəbi hələlik məlum deyil.

O, yüngül çəki dərəcəsində mübarizə aparıb. Edilovun 16-sı nokautla olmaqla 17 qələbəsi və dörd məğlubiyyəti var. 2019-cu ildə o, promouşeni tərk edib.

Qeyd edək ki, Edilov Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun uşaqlarının şəxsi məşqçisi olub.

O, 2021-ci ilin noyabrında Kadırovun katibliyinin rəhbəri, 2022-ci ilin fevralında isə respublika baş nazirinin gənclər siyasəti, idman və büdcəyə nəzarət üzrə müavini vəzifəsinə təyin edilib.

Ötən ay Edilov öz istəyi ilə vəzifəsindən istefa verib.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir