Dünya

İslamı qəbul etdiyini deyən amerikalı ikiqat dünya çempionu insan alveri və zorlamada ittiham edilir

Sharing is caring!

Amerikalı keçmiş kikboksçu, ikiqat dünya çempionu Endryu Teyt və onun qardaşı Tristan Rumıniyada insan alveri ittihamı ilə saxlanılıblar.

Öz növbəsində Rumıniya prokurorluğu 36 yaşlı Teyt və qardaşının Buxarestdə saxlanıldıqlarını təsdiqləyib.

36 yaşlı keçmiş kikboksçu insan alveri, zorlama və mütəşəkkil cinayətkar qrup yaratmaqda şübhəli bilinir.

Qeyd edək ki, cari ilin oktyabrında mediada Endryu Teytin islamı qəbul etməsi ilə bağlı xəbərlər yayılmışdı.

Birləşmiş Ərəb Əmirliklərində namaz qıldığını əks etdirən videonun yayıldığı barədə şayiələrdən sonra Teyt islamı qəbul etdiyini publik olaraq təsdiqləyib.

Mənbə: Sky News

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir