Dünya

Çavuşoğlu: “Laçın yolunda baş verən son hadisələr Ermənistan üçün səmimiyyət testi olacaq”

Sharing is caring!

“Türkiyə-Azərbaycan əməkdaşlığı iki ölkə arasında mümkün ola biləcək ən yüksək səviyyədədir”.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirilən 2022-ci ilin yekunlarına dair qiymətləndirmə toplantısı zamanı mətbuata açıqlamasında bildirib.

Türk dünyasının geosiyasi mərkəzə çevrildiyini deyən Çavuşoğlu getdikcə genişlənən bir türk dünyası reallığının olduğunu qeyd edib. Nazir eyni zamanda Türkiyənin sədrliyi dövründə Türk Dövlətləri Təşkilatını beynəlxalq təşkilata çevirdiklərini və noyabr ayında Səmərqənd Zirvə toplantısında bunun hüquqi infrastrukturunu tamamladıqlarını vurğulayıb.

Nazir Çavuşoğlu Qazaxıstanla əlaqələrin “İnkişaf etmiş Strateji Tərəfdaşlıq” səviyyəsinə, Özbəkistanla isə “Hərtərəfli Strateji Tərəfdaşlıq” səviyyəsinə yüksəldiyini və bu münasibətlərin gücləndiyini diqqətə çatdırıb.

Türkiyə-Azərbaycan əməkdaşlığının iki ölkə arasında mümkün ola biləcək ən yüksək səviyyədə olduğunu vurğulayan Çavuşoğlu qeyd edib ki, Ermənistanla normallaşma prosesi Azərbaycanla sıx koordinasiya şəklində davam etdirilir. Nazir həmçinin əlavə edib ki, Laçın yolunda baş verən son hadisələr Ermənistan üçün səmimiyyət testi olacaq.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir