Dünya

Yaponiyada COVID ölümləri rekord həddə çatdı

Sharing is caring!

Yaponiyada son 24 saat ərzində ən azı 438 nəfər koronavirusa yoluxan şəxs vəfat edib ki, bu da bütün pandemiya dövründə ən yüksək rəqəm olub.

Gün ərzində yeni yoluxanların sayı 202 minə yaxın olub. Xəstələrin əksəriyyəti Tokioda, eləcə də digər böyük şəhərlərdə qeydə alınıb.

Noyabr ayında ölkədə COVID-19-dan ölüm nisbəti gündə orta hesabla 100 xəstə olub, lakin sonradan sürətlə artmağa başlayıb.

Yaponiyada pandemiyanın başlanğıcından bəri 28,5 milyondan çox insan koronavirusa yoluxub, təxminən 55,6 min nəfər ölüb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir