Dünya

Şakira Pikesiz ilk Yeni ilini səhrada qeyd edir – FOTO

Sharing is caring!

Dünyaca tanınmış məşhur müğənni Şakira Milad bayramını oğlanları Milan və Saşa ilə birlikdə Dubayda (BƏƏ) qeyd edəcək.

Oxu.Az-ın məlumatına görə, o, ailə bayramını evdə keçirmək istəmədiyini etiraf edib və övladları ilə səhrada çəkilmiş fotosunu özünün “Instagram” hesabından yayımlayıb. 

“Biz bu Miladda sakitlik axtarmaq üçün səhradayıq”, – deyə kolumbiyalı aktrisa paylaşımında yazıb.

Xatırladaq ki, bu ilin iyun ayında ifaçı övladlarının atası, İspaniyanın “Barselona” futbol klubunun keçmiş kapitanı Jerar Pikeni xəyanətinə görə tərk edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir