Dünya manset

Trampla danışım, sonra qərar verəcəm – Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a gözlənilən səfəri ilə bağlı detalları açıqlayıb.

XəbərAl.az xəbər verir ki, bu barədə Ərdoğan AKP-nin iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Trampla aramızada telefon danışığı baş tutacaq. Bundan sonra səfərlə bağlı yekun qərarımı verəcəm”, – Ərdoğan söyləyib.

Qeyd edək ki, Tramp Ərdoğanı ABŞ-a səfərə dəvət etmişdi və bu səfərin 13 noyabrda baş tutacağı gözlənilirdi. Ancaq Nümayəndələr Palatasının “erməni soyqırımı” qətnaməsi və Türkiyəyə sanksiya qanununu təsdiqləməsindən sonra Ərdoğanın səfərdən imtina edə biləcəyi gündəmdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir