Dünya

Türkiyədə selfi çəkmək istəyən rusiyalı öldü

Sharing is caring!

Türkiyənin cənubundakı Antalya vilayətində Rusiya vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.

Məlumata görə, o, Manavqat bölgəsindəki Köprülü Kanyonda selfi çəkmək istəyərkən qayadan yıxılıb.

35 metr hündürlükdən yıxılan şəxsə ətrafdakılar tərəfindən ilkin tibbi yardım göstərilib. Hadisə yerinə gələn həkimlər rusiyalının həyatını xilas edə bilməyiblər.

Mərhum yaxınları ilə birlikdə daimi olaraq Antalyanın Serik qəsəbəsində yaşadığı iddia edilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir