Dünya manset

Rusiya hərbi donanması bu ölkəyə daxil oldu

Rusiyanın Sakit okean donanması Bruneyin Muara limanına daxil olub.

XəbərAl.az xəbər verir ki, bu barədə Sakit okean donanmasının mətbuat xidməti informasiya yayıb.

Bruneyə daxil olan gəmilər arasında “Varyaq” raket kreyseri, “Admiral Panteleyev” gəmisi və “Peçenqa” tankeri də olub. Gəmilərin Bruneyi 7 noyabrda tərk edəcəyi gözlənilir.