Dünya manset

Rusiya kəşfiyyatından Bağdadi açıqlaması: Sübut yoxdur

Sharing is caring!

İŞİD lideri Əbubəkr Bağdadinin öldürüldüyünə dair əlimizdə bir sübut yoxdur.

XəbərAl.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib.

“Əlimizdə yüz faiz əminliklə danışmağımıza imkan verəcək bir material yoxdur”, – Narışkin söyləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Prezident Tramp İŞİD terror təşkilatının lideri Əbubəkr Bağdadinin ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürüldüyünü bəyan edib.

Ardınca İŞİD bu xəbəri təsdiqləyərək, yeni liderin Əbu İbrahim Haşimi olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir