Dünya manset

Türkiyənin daxili işlər naziri: “İŞİD üzvləri öz ölkələrinə geri göndəriləcək”

Sharing is caring!

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, İŞİD terror qruplaşmanın saxlanılan üzvləri öz ölkələrinə geri göndəriləcək.

XəbərAl.az  xəbər verir ki, bu barədə “Hürriyyet” məlumat yayıb.

Qeyd edilir ki, nazir həmin məsələdə narazılığını ifadə edib.

“Bu, bizim üçün qəbuledilməzdir. Bundan başqa, məsuliyyətsizlikdir”, – deyə nazir Avropanın Türkiyəni İŞİD əsirlərinin sonrakı taleyinin həlli problemi ilə üz-üzə qoymağa çalışan hərəkətlərini pisləyib.

Türkiyə hərbçiləri ötən ay Suriyanın şimal-şərqində İŞİD üzvlərini yaxalayıb.

Qeyd edilir ki, saxlanılanlar xarici dövlətlərdən gəlmələrdir. Onlar ölkələrinin vətəndaşlığından məhrum olunublar. Buna görə də Türkiyə qruplaşma üzvlərini ekstradisiya edə bilmir.

Süleyman Soylu Niderlandı və Böyük Britaniyanı nümunə göstərib. O, bildirib ki, Türkiyə terrorçular üçün mehmanxana deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir