Dünya manset

Malidə bomba partlayışı zamanı fransız əsgəri həlak olub

Sharing is caring!

Yelisey sarayı Malidə terrorçuluğa qarşı əməliyyatın gedişatında fransız hərbi qulluqçusunun həlak olduğunu bildirib.

XəbərAl.az TASS-a istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatda bildirilir.

Qeyd edilir ki, hərbçi hadisə zamanı minanın partladığı zirehli avtomobilin yanında olub.

“Respublika prezidenti (Emmanuel Makron – red) Malidə əməliyyat zamanı Ronan Puantonun yanından keçdiyi avtomobildə partlayıcı qurğunun partlaması nəticəsində həlak olmasını təəssüf hissi ilə bilib”, – deyə ölkənin prezident administrasiyasının bəyanatında bildirilir.

Dövlət başçısı həlak olan şəxsin ailəsinə başsağlığı verib. Makron həmçinin Saxel regionunda terrorçuluğa qarşı əməliyyatlarda iştirak edən fransız hərbi qulluqçularını dəstəkləyib.

“O, təsdiq edib ki, əvvəlki kimi Saxeldə terrorizmlə mübarizə aparmaq niyyətindədir”, – Yelisey sarayının mətbuat xidmətinin açıqlamasında qeyd edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir