Dünya

BƏƏ-nin ilk qadın simfonik orkestri ilk onlayn konsertini verəcək

Sharing is caring!

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ilk qadın simfonik orkestri “Firdaus” yaradılıb və kollektiv ilk dəfə canlı yayımda onlayn konsert verəcək.

Orkestrin bədii rəhbəri hind bəstəkarı və “Slumdog Millionaire” filminin ən yaxşı orijinal partiturasına görə “Oskar” mükafatı laureatı Alla Rakha Rahman olub. Orkestrin dirijoru Monika Vudmandır.

Kollektivə 20-dən çox ölkədən 50 qadın daxildir. Dekabrın 22-də “Firdaus” orkestrinin onlayn konserti baş tutacaq. Musiqiçilər şərq, ispan, filippin və digər xalqlara məxsus kompozisiyaları ifa edəcəklər.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir