Dünya

Belçika öz vətəndaşlarını İranı təcili tərk etməyə çağırdı – FOTO

Sharing is caring!

Belçika Krallığı öz vətəndaşlarını, o cümlədən ikili vətəndaşlığı olanları İranı təcili tərk etməyə çağırıb.

Eyni zamanda bu ölkəyə lazımsız səfərlərdən çəkinmək tövsiyə edilib.

Belçikanın Xarici İşlər Nazirliyi vurğulayıb ki, İranda olan Belçika vətəndaşlarının həbsi və əsassız məhkum edilməsi riski yüksəkdir.

“Bu risk hətta İranda turizm məqsədi ilə olan şəxslərə də aiddir. Vətəndaşlarımız həbs olunsalar, onların insan hüquqları təmin edilə bilməz”, – deyə bəyanatda qeyd edilib.

Bildirilib ki, İrandakı Belçika səfirliyinin konsulluq dəstəyi göstərmək imkanları son dərəcə məhduddur.

Bəyanatda vurğulanıb ki, İranda həbs və ya saxlanma halında olan şəxslərin əsas hüquqlarına və təhlükəsizliyinə hörmət edilmir.

Belçika rəsmilərinin sözlərinə görə, İran hökuməti Olivye Vande Kastel adlı belçikalı yardım işçisini 28 il həbs cəzasına məhkum edib. O, fevral ayında həbs edilib və hazırda Evin zindanında saxlanılır. 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir