Dünya

Şuşa-Laçın yolundakı aksiya ilə bağlı xarici ölkə parlamentlərinə məktublar ünvanlandı

Sharing is caring!

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları, o cümlədən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi tərəfindən xarici ölkə parlamentlərindəki həmkarlarına Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının həyata keçirdiyi etiraz aksiyası ilə bağlı məktublar ünvanlanıb.

Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məktublarda Ermənistan tərəfindən Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərindəki təbii sərvətlərin qanunsuz şəkildə istismar edilərək, Laçın yolu vasitəsilə Ermənistana daşınmasına, Azərbaycanın aidiyyəti dövlət qurumları nümayəndələrinin faydalı qazıntı yataqlarının yerləşdiyi ərazilərə səfərinin əngəllənməsinə cavab olaraq, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri və ekologiya fəallarının Şuşa-Laçın yolunda etiraz aksiyasına başladıqları bildirilib.

Ermənistan tərəfinin iddialarının tamamilə əsassız olduğu vurğulanaraq, Laçın yolundakı məhdudiyyətlərin azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya sülhməramlı kontingenti tərəfindən yaradıldığı, etiraz aksiyasının məqsədinin yolun bağlanması deyil, talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısının alınması olduğu, mülki təyinatlı nəqliyyat vasitələrinin hərəkətinə heç bir maneə törədilmədiyi qeyd edilib.

Məktublarda həmçinin Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatı kobud şəkildə pozaraq, Laçın yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması üçün istifadə etdiyi, bununla da Praqa və Soçi görüşlərində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə qəbul etdiyi öhdəliklərə zidd olaraq, qanunsuz fəaliyyətlərini davam etdirdiyi diqqətə çatdırılıb. Ermənistanın bu cür qanunsuz fəaliyyətləri ilə bağlı obyektiv məlumatlandırmanın zəruriliyi xüsusilə vurğulanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir