Dünya manset

“İstefa verməsə, ölkə Suriyaya çevriləcək” – Xəbərdarlıq

Sharing is caring!

İraqın baş naziri Adil Əbdülmehdi istefa verməsə, axan qanlar dayanmayacaq.

XəbərAl.az xəbər verir ki, bu sözləri İraqda Sədr Hərakatının lideri Müqtəda əs-Sədr bəyan edib.

Hərəkat lideri İraq baş nazirini nəzərdə tutaraq “İstefa verməsə, axan qanlar dayanmaz, İraqı Yəmən və Suriyaya çevirər. Bundan sonra heç bir şəkildə sizinlə koalisiyada iştirak etməyəcəyəm” fikirlərini işlədib.

Qeyd edək ki, Müqtəda əs-Sədr İraqda İran təsirinə qarşı çıxış edən siyasətçilərdəndir.

İraqlılar işsizlik, korrupsiya və hökumət xidmətlərinin keyfiyyətsizliyi səbəbindən ölkənin müxtəlif şəhərlərində etiraz aksiyaları təşkil edirlər. Oktyabrın 1-dən başlayan etirazlar davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir