Dünya manset

Nazir səhnədə yıxıldı – Xəstəxanaya çatdırıldı

Sharing is caring!

Almaniyanın iqtisadiyyat və energetika naziri Peter Altmayer Dortmund şəhərində rəqəmsal texnologiya mövzusunda konfransda çıxış etdikdən sonra büdrəyərək səhnədən aşağı yıxılıb.

XəbərAl.az TASS-a istinadən xəbər verir ki, nazir dərhal xəstəxanaya çatdırılıb.

Yerə yıxıldıqdan sonra nazir özü sərbəst ayağa qalxa bilməyib, onu müayinə etmək üçün həkimlər çağrılıb, konfrans iştirakçılarından isə zalı tərk etmələri xahiş olunub. Nazirin aldığı xəsarətlərin xarakteri barədə məlumat verilməyib.

Hazırda nazirin huşu yerindədir.(Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir