Dünya manset

Merkelə ağır zərbə – Millətçilər seçkidə üstünlük qazandı

Sharing is caring!

Almaniyanın şərq əyalətlərində keçirilən yerli seçkilərdə mərkəzçi sağ partiyaların ciddi səs itirmələri, əvəzində aşırı sol və sağ partiyaların seçkilərdən güclü çıxması narahatlıq yaradıb.

XəbərAl.az xəbər verir ki, Şərqi Almaniyada əyalət seçkilərində Sol Partiya səslərini 2,8 faiz artıraraq 31 faizlə qələbə əldə edib. Səslərini 12,8 faiz artıran Alternativ Almaniya Partiyası 23,4 faizlə ikinci olub.

Kansler Angela Merkelin lideri olduğu Xristian Demokratik Birliyi 11,7 faiz səs itirib və 21,8 faizlə seçkidə üçüncü olub. Hökumətin ortağı olan Sosial Demokrat Partiyası 42 % səs itirərək cəmi 8,2 faiz səs əldə edib. Yaşıllar 5,2 faizlə əyalət parlamentinə daxil ola bilib. Azad Demokratlar Partiyası 5 faiz səslə barajı aşa bilib.

Seçkinin nəticələri millətçi partiyaların iştirakı olmadan hakimiyyətdə olan Xristian Demokratik Birliyi və Sosial Demokrat Partiyası arasında əyalət hökumətini qurmaq imkanını tanımayacaq. Başqa sözlə, bu ərazilərin millətçilərin nəzarətinə keçdiyini demək olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir