Dünya manset

ABŞ Rusiyanı TƏHDİD ETDİ: Bu ərazilərə hücum olarsa…

Sharing is caring!

ABŞ Suriyadakı neft yataqlarını qoruyacaq və onların ələ keçirilməsi cəhdlərinə güclə cavab verəcək.

XəbərAl.az  RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin başçısı (Pentaqon) Mark Esper deyib.

“ABŞ Suriyanın şimal-şərqindəki neft yataqlarına nəzarəti davam etdirəcək. Əbubəkr əl-Bağdadi (İŞİD terror qruplaşmasının lideri -red.) sağ olanda bu yataqlar İŞİD üçün maliyyə mənbəyi idi”, – nazir bazar ertəsi Vaşinqtonda jurnalistlərə açıqlamasında bildirib.

Esper Amerikalı əsgərlərin Rusiya və Suriya ordusunun neft ərazilərinə girməsinə maneə törətmək niyyətində olub-olmadığı barədə suala müsbət cavab verib: “Ümumiyyətlə, bəli. ABŞ qüvvələri onları təhdid edən istənilən qüvvəyə ciddi reaksiya verəcək”.

Onun sözlərinə görə, ABŞ ordusunun məqsədi kürd müttəfiqləri olan “Suriya Demokratik Qüvvələri”nə bu yataqlardan istifadə etməyə imkan yaratmaqdır.

Daha əvvəl isə Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev neft yataqları olan ərazilərin Suriya hakimiyyəti tərəfindən nəzarətə alınmalı olduğunu söyləyib.

“Bunun yeganə çıxış yolu olduğunu düşünürük”, – o deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir