Dünya

Moskvada ticarət mərkəzi yanır – FOTO

Sharing is caring!

Rusiyanın Moskva şəhərində “Meqa Ximki” ticarət mərkəzinin yerləşdiyi binada yanğın baş verib.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin rəsmi saytında məlumat verilib.

Yanğın 7000 kvadratmetr ərazini əhatə edir. Binanın dam örtüyü yanır. Təxliyə həyata keçirilməyib. Zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Əraziyə cəlb edilən yanğınsöndürənlər alovu söndürmək üçün tədbirlər görürlər.

Qeyd edilir ki, “Meqa Ximki” ticarət mərkəzindəki OBI hipermarketində partlayış olub, daha sonra çökmə baş verib. Çökmə sahəsi 5 min kvadratmetr ərazini əhatə edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir