Dünya

Rusiyada yük maşını sərhəd məntəqəsinə çırpıldı – VİDEO

Sharing is caring!

Leninqrad vilayətinin Lomonosovski rayonunda ağır yük maşını hərəkətdə olarkən sərhədçilərin növbətçi məntəqəsinə çırpılıb.

Hadisə Lebyajye kəndinin girişində baş verib. Məlumatı ərazi üzrə fövqəladə hallar xidməti də təsdiqləyib.

Zərbə anı videoregistrator tərəfindən qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində ölən olmayıb. Qəza zamanı məntəqə boş olub.

Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.

Mənbə: 47news.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir