Dünya

Şahzadə Harri və Meqan ABŞ-yə köçməzdən əvvəl yaşadıqları bütün hadisələri lentə alıblar

Sharing is caring!

2020-ci ildə ABŞ-yə köçməzdən əvvəl Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl başlarına gələn bütün hadisələri lentə almağa başlayıblar.

Bu barədə “Netflix” videoservisində yayımlanan “Harri və Meqan” sənədli filmində məlumat verilir.

Harrinin sözlərinə görə, o, Meqan və oğlu Arçinin təhlükəsizliyindən ciddi şəkildə narahat olub.

“Bir dostum bizə o zaman başımıza gələn hər şeyi sənədləşdirməyi məsləhət gördü. Həmin vaxt, xüsusən də bizim getməyimizlə bağlı o qədər yanlış məlumatlar var idi ki, bu, olduqca ağlabatan bir fikir kimi görünürdü”, – deyə şahzadə bəyan edib.

Harri fürsətdən istifadə edərək kral ailəsi ilə Britaniya mətbuatı arasında korrupsiya və gizli əlaqələri ifşa etmək niyyətindədir.

“Biz bütün həqiqəti bilirik. Monarxiya bütün həqiqəti bilir. Mətbuat bütün həqiqəti bilir, çünki onlar bu işdə iştirak edirlər”, – deyə o vurğulayıb.

Qeyd edək ki, “Harri və Meqan” sənədli serialının ilk epizodları dekabrın 8-də “Netflix”də nümayiş olunub. Onlar şahzadə Harri və Meqan Marklın tanışlığından, Meqanın nişandan sonra kral ailəsi və mətbuatla münasibətindən, həmçinin şahzadə Harri və Marklın uşaqlıq və gənclik illərindən bəhs edirlər. Serialda heç vaxt görülməmiş video və fotoşəkillər yer alır. Serialın ikinci hissəsinin bir həftə sonra nümayiş olunacağı gözlənilir.

Serialın yaradıcısı iki dəfə “Oskar” mükafatına namizəd olmuş amerikalı sənədli film rejissoru Liz Qarbusdur. Məlumata görə, Harri və Meqan çəkilişdə iştiraka görə 100 milyon dollara qədər qonorar ala bilərlər.

Hələ premyeradan əvvəl Britaniya tabloidləri serialı qalmaqallı adlandırıb, Harri və Meqanın amerikalı teleaparıcı Opra Uinfriyə verdiyi məşhur müsahibə ilə müqayisə ediblər. Orada cütlük kral ailəsinin üzvlərindən birini irqçilikdə günahlandırıblar və Bukingem sarayının sarı mətbuatda Meqanın təqiblərinə cavab verməkdən imtina etməsindən şikayətləniblər.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir