Dünya

Çin Səudiyyə Ərəbistanı ilə strateji tərəfdaş oldu

Sharing is caring!

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud və Çin prezidenti Si Cinpin cümə axşamı Ər-Riyadda hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalayıblar.

Məlumata görə, Səudiyyə monarxı Çin liderini vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səudun iştirakı ilə qəbul edib. Görüş zamanı həmçinin bir sıra istiqamətlər üzrə, o cümlədən “hidrogen enerjisi sahəsində”, “birbaşa investisiyaların təşviqi”, “Çin dilinin öyrənilməsi sahəsində əməkdaşlıq haqqında”, o cümlədən məhkəmə-hüquq sahəsində anlaşma memorandumları imzalanıb.

Bununla yanaşı, Si Cinpin 1957-ci ildə Ər-Riyadda əsası qoyulmuş Kral Səud Dövlət Universitetinin fəxri doktoru adına layiq görülüb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir