Dünya

Kuleba: “Rusiya parçalansa, dünya dağılmayacaq”

Sharing is caring!

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba hesab edir ki, Rusiya parçalansa, dünya dağılmayacaq.

Bu barədə o, “The Wall Street Journal”a müsahibəsində bildirib.

“Rusiyanın olduğu kimi qalmasına və beynəlxalq birliyin normal üzvünə çevrilməsinə necə kömək etmək barədə düşünmək əvəzinə, bu ölkənin beynəlxalq birliyin normal üzvü ola bilməyəcəyi ilə barışmağın vaxtı çatıb”, – Kuleba bəyan edib.

O, həmçinin vurğulayıb ki, Ukrayna Krımı və Donbası Rusiyaya güzəştə getməyəcək.

“Rusiya parçalansa, dünyanın dağılacağını düşünmürəm. Amma rus xalqı Rusiya imperiyası kimi, hazırki dövləti də məhv edəcək”, – nazir əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir