Amerikalı milyarder, Açıq Cəmiyyət İnstitutunun rəhbəri Corc Soros gələn il keçiriləcək prezident seçkisində demokrat senator Elizabet Varreni dəstəkləyəcək.
XəbərAl.az-ın məlumatına görə, bu barədə Sorosun özü açıqlama verib.
2016-cı ildə keçirilən seçkidə hazırkı Prezident Donald Trampa qarşı keçmiş dövlət katibi Hillari Klintonun namizədliyini dəstəkləyən Corc Soros seçkidən sonra etiraz aksiyalarına dəstək verməsi səbəbindən 1 milyard dollar itirmişdi.
Etirazçılar Sorosa bağlı fondlardan adambaşına 2500 dollar alırdı.
ABŞ mediası Sorosun bu dəfə Trampı yola salmaq üçün bütün vasitələrə əl ata biləcəyini yazır.