Dünya

Şaxta baba Britaniya kral iqamətgahındakı şam ağacını bəzəyib

Sharing is caring!

Britaniyada kraliça-konsort Kamilla öz iqamətgahı Klarens Hausda Şaxta baba və onun maralılarından birinin iştirak etdiyi ziyafət təşkil edib.

Tədbir ölümcül xəstələrə yardımla məşğul olan xeyriyyə təşkilatları – Roald Dal Fondu, eləcə də Helen və Duqlas Evi üçün təşkil olunub. Gecəyə uşaqların özləri və yaxınları dəvət edilib.

Kraliça-konsort qonaqlar üçün iqamətgahda ekskursiya təşkil edib.

Tədbirdə uşaqlar üçün xüsusi şirniyyatlar hazırlanıb.

Şaxta baba uşaqlarla birlikdə iqamətgahın kitabxanasındakı şam ağacını bəzəyib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir