Dünya

Kalın: “Qarabağ Zəfəri təkcə Türkiyə və Azərbaycanda deyil, bütün türk dünyasında qeyd edilir”

Sharing is caring!

“Türk dünyası yenidən birləşərək yeni bir üfüq açır”.

Bu sözləri Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Türkiyə ilə Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, son illərdə Türkiyə, Qazaxıstan, Azərbaycan, Qırğızıstan və digər türk dövlətlərində, xüsusən də Özbəkistanda baş verən proseslər nəticəsində türk dünyasının birlik və həmrəyliyi, sadəcə, fürsət olmaqdan çıxıb, indi strateji zərurətə, böyük yeni səhifəyə, yeni siyasi üfüqə çevrilib:

“Xüsusilə, son dövrdə bir araya gəlsək, birlikdə hərəkət etsək, strateji imkan və imkanlarımızı birləşdirsək, nələrə nail ola biləcəyimizi göstərən 44 günlük Qarabağ Zəfəri türk dünyası üçün çox mühüm qürur və ümid mənbəyi oldu.

Qarabağ Zəfəri təkcə Türkiyə və Azərbaycanda deyil, bütün türk dünyası və Orta Asiyada ürəkdən qeyd edilir.

Daha da əhəmiyyətlisi, bundan sonra birlik və həmrəylik içində hərəkət etdiyimiz zaman bu, bizə nəyə nail ola biləcəyimizə dair çox əhəmiyyətli bir özünəinam bəxş etdi və üfüq perspektivi ortaya qoydu”.

Kalın vurğulayıb:

“Xüsusilə, TANAP ilə yaratdığımız enerji dəhlizi bu gün təkcə Azərbaycan qazının Avropaya nəqlində deyil, həm də Türkmənistanın, bəlkə də, gələcəkdə Qazaxıstanın enerji ehtiyatlarının dünya bazarına çatdırılmasında çox əhəmiyyətli və mühüm rol oynayacaq”.

Bu ayın ortalarında keçiriləcək Türkiyə-Türkmənistan-Azərbaycan üçtərəfli görüşünün bu prosesin ən kritik mərhələlərindən birini təşkil etdiyini deyən Kalın qeyd edib ki, Türk Dövlətləri Təşkilatının yenidən təşkili, yeni zirvə toplantılarının keçirilməsi və yeni qərarların qəbul edilməsi bu qətiyyətin ən konkret göstəricilərindən biridir.

Kalın türk coğrafiyasının ortamüddətli dövrdə dünya ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamağa davam edəcəyini vurğulayıb.

Mənbə: TRT Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir