Dünya manset

Rusiya fotolar yaydı: ABŞ Suriyanın təbii sərvətlərini daşıyır

Sharing is caring!

ABŞ Müdafiə naziri Mark Esperin İŞİD-in neft sahələrinə girişinin qarşısını almaq üçün ABŞ hərbçilərinin Suriyada qalmasının vacibliyi haqda açıqlamasından sonra Rusiya Müdafiə Nazirliyi peyk görüntülərini paylaşaraq, ABŞ-ı neft qaçaqmalçılığında ittiham edib.

XəbərAl.az  xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada Suriya torpaqlarındakı neft və digər yeraltı sərvətlərin İŞİD və ya İŞİD-ə qarşı müharibə aparan ABŞ-a deyil, Suriyaya aid olduğunu bildirib.

“Nə beynəlxalq hüquq, nə də ABŞ hüququnda Suriyanın təbii sərvətlərini Suriya və onun xalqından qorumaq və mühafizə etmə hüququ yoxdur. ABŞ hərbçiləri üçün belə bir xidmət yoxdur və olmayacaq. Bu səbəbdən də Suriyanın şərqindəki neft sahələrini ələ keçirərək , buraları silahlı nəzarətdə saxlamaq kimi bir fəaliyyət ABŞ-ın bir dövlətə qarşı soyğunçuluğudur”, – deyə Rusiya tərəfinin açıqlamasında vurğulanır.

Rusiya Müdafiə Nazirliyi hesab edir ki, ABŞ-ın Suriyadakı qanunazidd fəaliyyətinin gerçək səbəbi Vaşinqtonun irəli sürdüyü azadlıq və terrorizmlə qarşı şüarlardan uzağa gedən məqsədlərdir.

Rusiya tərəfinin yaydığı fotolarda İŞİD-in məğlub edilməsindən sonra çıxarılan neftin xüsusi hərbi maşınlarla ABŞ hərbçilərinin təhlükəsizliyi altında Suriyadan çıxarıldığı görünür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir