Dünya

Polşada ukraynalılar üçün evlər tikiləcək

Sharing is caring!

Polşada ukraynalı qaçqınlara kirayə vermək üçün yeni evlər tikməyi planlaşdırırlar.

Söhbət iş tapıb, lakin mənzil problemi olan insanlardan gedir.

Avropa Yenidənqurma və İnkişaf Bankının məlumatına görə, yaşayış binalarının tikintisinə 50 milyon avro ayrılıb.

Qeyd olunur ki, Ukraynadan qaçqın axını və inflyasiya səbəbindən Polşada ciddi mənzil çatışmazlığı yaşanır.

Ümumilikdə 1,4 milyondan çox ukraynalı Polşada müvəqqəti müdafiə statusu alıb. Onların yarıdan çoxu işlə təmin olunsa da, kirayə ev tapmaqda çətinlik çəkirlər.

Mənbə: rbc.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir