Dünya

Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketinin təfərrüatı məlum oldu

Sharing is caring!

Aİ-nin yeni sanksiyalar paketi Rusiyada dağ-mədən sənayesinə qarşı tədbirləri əhatə edə bilər.

Bu barədə “Financial Times” öz mənbələrinə istinadən xəbər verir.

Nəşrin yazdığına görə, iqtisadiyyatın bu sektoruna investisiya qoyuluşu qadağası müəyyən konkret məhsullar üzrə istisnaları əhatə edəcək.

10-cu sanksiyalar paketi gələn həftənin sonuna kimi razılaşdırıla bilər. Onun qüvvəyə minməsi üçün sənədi Aİ-yə üzv olan 27 ölkənin hamısı yekdilliklə təsdiqlənməlidir.

Nəşrin yazdığına görə, paketə Rusiyanın silah istehsalını dəstəkləmək üçün istifadə etdiyi texnologiyalara ixrac nəzarəti, həmçinin daha üç Rusiya bankı ilə əməliyyatlara qadağa daxil eilə bilər.

FT yazır ki, bu paket qəbul olunarsa, daha 180 nəfər sanksiya siyahısına daxil ediləcək.

Bundan əlavə, Aİ-nin yeni sanksiyalar paketi layihəsinə dörd telekanalın yayımına qadağa və dəyəri 2 milyard avrodan çox olan məhsullara ixrac nəzarəti daxildir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir