Dünya manset

Almaniyanın Suriya planı: 2500 əsgər, tanklar, qırıcılar, helikopterlər…

Sharing is caring!

“Spigel”in internet saytı Almaniya Müdafiə Nazirliyinin Suriya planını yayıb.

XəbərAl.az xəbər verir ki, plana görə, Almaniya təhlükəsizlik bölgə üçün 2500 əsgər göndərəcək.

Söhbət Suriyanın şimalında NATO və Rusiyanın nəzarətində olan təhlükəsizlik bölgə yaratmaq planından gedir.

Plana görə, Suriyanın şimalında 40 kilometr uzunluğunda və 30 kilometr enində bir sektorun ayrılması uyğun görünür. Almaniya bu sektorlardan birinə beynəlxalq statuslu hərbçilər göndərməyə hazırdır. Alman tərəfi bura 3 tabor, habelə əməliyyata hazır qruplar, zirehli texnika, təyyarə və helikopterlər göndərməyi düşünür.

Almaniyanın xarici işlər naziri Heiko Mass müdafiə naziri Karrenbauer tərəfindən irəli sürülən planı tənqid edib və onun hansı imkanlar hesabına həyata keçiriləcəyinin ictimaiyyətə açıqlanmasının vacibliyini diqqətə çəkib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir