Dünya

Yaponiyada vulkan püskürməsi baş verib

Sharing is caring!

Yaponiyanın cənub-qərbindəki Kyuşu adasında Sakuradzima vulkanı püskürüb.

Bu barədə Milli Meteorologiya İdarəsi məlumat verib.

Qeyd olunub ki, kraterdən çıxan tüstü təxminən 3200 m hündürlüyə qalxıb, püskürmə nəticəsində yaranan kül isə 1 km radiusa səpələnib.

Sakuradzimaya bitişik kəndlərdə hələki evakuasiya elan edilməyib.

Vulkan ərazisində beş ballıq şkala üzrə üçüncü dərəcəli təhlükə səviyyəsi mövcuddur.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir