Dünya manset

SON DƏQİQƏ: ABŞ əsgər və tanklarını o ölkəyə yeridir – Pentaqon və Trampdan AÇIQLAMA (YENİLƏNDİ)

Sharing is caring!

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Suriyadakı neft quyularını qorumaq üçün planı hazırdır.

XəbərAl.az xəbər verir ki, bunu respublikaçı senator Lindsi Qraham açıqlayıb.

Ağ Evdə ABŞ ordusunun baş qərargah rəisi Mayk Milli ilə keçirilən brifinqə qatılan 10 senatordan biri olan Qraham daha sonra jurnalistlərə açıqlama verib.

“Mayk Milli Suriyanın müəyyən bölgələrindəki neftin İŞİD və ya İranın əlinə keçməsinin qarşısını ala biləcəyimiz plan hazırlayır”-, o deyib.

Planın detalları haqqında bilgi paylaşılmasa da, ABŞ mediasında yer alan xəbərlərə görə, neft sahələrinin qorunması üçün 30 “Abrams” tankından ibarət zirehli tuqayın göndəriləcəyi irəli sürülüb.

Bu plan gerçəkləşsə, Rusiya və Suriya rejiminə qarşı ABŞ-ın atış qüvvəsində əhəmiyyətli artım təmin edilmiş olacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir