Dünya manset

Əcnəbi hərbçilər Suriyanı tərk etməldir – Peskov

Sharing is caring!

Suriyada yalnız legitim şəkildə mövcud olan Rusiya hərbçiləridir, digər bütün əcnəbi hərbçilər ölkəni tərk etməlidir.

XəbərAl.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“ABŞ hərbçilərinin Suriyada varlığı məsələsinə toxunsaq, o zaman bildirim ki, bizim mövqeyimiz yaxşı məlumdur: Suriyada legitim şəkildə mövcud olan sadəcə Rusiya hərbçiləridir, çünki məhz Suriya rəhbərliyi tərəfindən dəvət edilib”, – Peskov bildirib.

O, həmçinin Moskva və Dəməşq üçün prioritet hədəfin tam siyasi tənzimlənmədən sonra bütün əcnəbi hərbi qüvvələrin Suriyadan çıxarılması olduğunu deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir