Dünya manset

Rusiya və Ermənistan arasında gərginlik – İrəvandan cavab

Sharing is caring!

“Ermənistan Xarici İşlər Nazirliyinə silah tədarükü üzrə tenderin pozulması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyindən heç bir mesaj gəlməyib”.

XəbərAl.az xəbər verir ki, bunu jurnalistlərə Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan söyləyib.

Xatırladaq ki, bundan əvvəl Rusiya xəbər agentliyi “RİA Novosti” Rusiya şirkəti ORSIS-in iştirak etdiyi silah tədarükü tenderinin baş tutmaması ilə əlaqədar Rusiyanın Ermənistana etiraz notası göndərəcəyini bildirmişdi.

22 oktyabr 2019-cu il tarixli nota Ermənistanın müdafiə naziri David Tonoyana ünvanlanır.

Sənəddə deyilir ki, ORSIS-in tenderi heç bir səbəb olmadan rədd edilib və erməni tərəfi əsassız olaraq şirkəti qüsurlu təchizatçıların siyahısına əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir