Dünya

Rusiyada dayanacaqda güclü partlayış olub: Üç yaşlı uşaq həyatını itirib – VİDEO

Sharing is caring!

Rusiyanın Volqoqrad şəhərində yaşayış binasının yaxınlığındakı dayanacaqda güclü partlayış baş verib.

Bu barədə Volqoqrad vilayətinin Daxili İşlər Nazirliyinin saytında məlumat verilib.

İnsident nəticəsində üç yaşlı uşaq həlak olub, bir kişi yaralanıb, dörd avtomobil yanaraq yararsız hala düşüb.

Aparılan araşdırma nəticəsində avtomobillərdən birində iki asetilen balonu tapılıb. İlkin versiyaya görə, hadisəyə səbəb qazın sızması olub.

Mənbə: News.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir