Dünya

İzmirdə hamilə arvadını xəstəxanaya gətirən suriyalı həkimin burnunu qırdı – VİDEO

Sharing is caring!

İzmirdə səhiyyə işçilərinə qarşı zorakılıq olub.

Tepecik Təhsil və Araşdırma Xəstəxanası Qadın Xəstəlikləri və Doğum Şöbəsinin həkimi Furkan Balcı Suriya vətəndaşının hücumuna məruz qalıb.

Onun burnu qırılıb.

Suriyalı arvadını kişi həkimin müayinə etməsinə etiraz edib.

Hücumdan sonra xəstəxananın qulaq-burun-boğaz xidmətinə aparılan Balcının əməliyyat olunduğu və kəllə-beyin travması səbəbindən bir müddət nəzarətdə saxlanılacağı öyrənilib.

Təcavüzkar əvvəlcə mühafizəçilər tərəfindən təhlükəsizlik otağına, daha sonra hadisə yerinə gələn polis qrupları tərəfindən bölməyə aparılıb.

Mənbə: aykiri.com.tr

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir