Dünya

İsveç bankının əməkdaşı rusiyalı qıza hesab açmaqdan imtina etdi – VİDEO

Sharing is caring!

İsveç bankının əməkdaşı rusiyalı qıza xidmət etməkdən imtina edib.

O, anasını BankID elektron identifikasiya sisteminə qoşmaq istəyən rusiyalı qızın müraciətini yerinə yetirməyib.

Bank əməkdaşı rusiyalı qızla danışdığını bilən kimi qalmaqal yaradıb və yüksək səslə qızdan getməsini istəyib.

O bildirib ki, Rusiyadan gələn müştəriyə hesab açmayacaq. Həmçinin polisə zəng edəcəyi ilə hədələyib.

Qız bank işçisi ilə söhbətində baş verənlərin ayrı-seçkilik olduğunu deyib. Onun sözlərinə görə, bu insident ilk deyil.

Mənbə: “İzvestiya” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir