Dünya

Türkiyədə universitetə ​​məxsus avtomobildən böyük həcmdə narkotik maddə aşkar edildi

Sharing is caring!

Türkiyənin Şanlıurfa vilayətində Təhlükəsizlik İdarəsi Narkotiklərlə Mübarizə Şöbəsi tərəfindən universitetlərdən birinə məxsus avtomobildə axtarış aparılıb.

Nəticədə bazar dəyəri üç milyon lirə olan (273 600 AZN) 74 kiloqram narkotik maddə ələ keçirilib. Bununla bağlı iki şəxs şübhəli qismində saxlanılıb.

Avtomobili idarə edən sürücü ilə ona bələdçilik edən digər avtomobilin sürücüsü saxlanılıblar.

Şübhəlilərlə bağlı istintaq davam edir.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir