Dünya

Kuleba NATO ölkələrinə çağırış etdi

Sharing is caring!

“NATO ölkələri təcili olaraq silah istehsalını artırmalı, həmçinin müdafiə sənayesinə investisiyaları çoxaltmalıdır”.

Bu fikirləri Ukrayna xarici işlər naziri Dmitri Kuleba çərşənbə axşamı Buxarestdə iki günlük iclas üçün bir araya gələcək NATO xarici işlər nazirlərinin görüşündən əvvəl deyib. Nazirlərin görüşündə məqsəd Ukraynaya dəstəyin artırılması məsələlərinin müzakirəsidir.

“Biz bugünkü döyüşlərdə mübarizə apararkən sabahkı döyüşlərdə necə vuruşacağımızı düşünməliyik”, – deyə Kuleba qeyd edib.  

Kulebanın sözlərinə görə, istehsalın artırılması zəruridir, çünki bəzi ölkələr əllərində olan silahları Kiyevə vermək istəmirlər.

“Biz eyni zamanda bir faktı da etiraf etməliyik: dünyada elə ölkələr var ki, Ukraynaya lazım olan şeylərə malikdirlər, lakin siyasi səbəblərə görə bunların kifayət qədər satışını təşkil etmək niyyətində deyillər”, – deyə nazir vurğulayıb.

O həmçinin qeyd edib ki, Ukrayna hakimiyyəti “qeyri-daimi tərəfdaşlar”a daha az etibar etməlidir.

“Onlara güvənmək və Ukraynaya silah tədarükünün zəruriliyinə inandırmaq üçün aylar sərf etmək əvəzinə, istehsala başlamalıyıq. Biz ehtiyatları olan, lakin bunları paylaşmaq istəməyən üçüncü ölkələrin qərarsızlıqlarından asılı olmamalıyıq”, – deyə Kuleba əlavə edib.

Mənbə: Politico

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir