Dünya

Finlandiya hökuməti məhkəməyə verildi

Sharing is caring!

Finlandiya Təbiəti Mühafizə İttifaqı “Greenpeace”in Finlandiya bölməsi ilə birlikdə ətraf mühitin mühafizəsi tədbirlərindən narazı olduqlarına görə ilk dəfə olaraq Finlandiya hökumətinə qarşı iddia qaldırıblar.

İddia ərizəsi Respublika Ali İnzibati Məhkəməsinə göndərilib. Təşkilatlar məhkəmədən hökumətin siyasətinin Finlandiyanın iqlim qanunu ilə müəyyən edilmiş karbon neytrallığı məqsədlərinə nail olmağa töhfə verib-vermədiyini nəzərdən keçirməyi xahiş edirlər. Fəallar hesab edirlər ki, Finlandiya hakimiyyətinin iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş tədbirləri yetərli deyil.

Qeyd edək ki, iqlim qanunu Finlandiyanın 2035-ci ilə qədər neytral karbon, sonra isə mənfi karbon səviyyələrinə çatmasını tələb edir. Qanunvericilik nazirlikləri müvafiq tədbirlər hazırlamağa, hökuməti isə iqlim məqsədlərinin həyata keçirilməsinə nəzarəti təmin etməyə məcbur edir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir