Dünya

Avstraliyada illər sonra bir ilk tətbiq edildi

Sharing is caring!

Avstraliya 2014-cü ildən bəri ilk dəfə ölkədə terror təhlükəsinin səviyyəsini endirib.

Bu barədə ölkənin Milli Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin (ASIO) rəhbəri Mayk Bercess bildirib.

“Diqqətlə nəzərdən keçirdikdən və məsləhətləşmələrdən sonra ASIO Avstraliyanın milli terror təhlükəsini aşağı – mümkün səviyyəyə endirir. Avstraliya hücum etmək niyyətində olan terrorçular və ekstremistlər üçün potensial hədəf olaraq qalmasına baxmayaraq, hazırda təhlükə mümkün səviyyədən qaldırıldığı 2014-cü ildəkindən daha azdır”, – deyə o, jurnalistlərə açıqlamasında deyib.

ASIO-nun məlumatına görə, müxtəlif terror qrupları hazırda Avstraliyada daha az dəstək və rəğbət görürlər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir