Dünya

Çində COVID-19 məhdudiyyətləri iğtişaşlara səbəb olub – VİDEO

Sharing is caring!

Çinin 20 milyondan çox əhalisi olan Şanxay şəhərində COVID-19 məhdudiyyətlərinə qarşı kütləvi etiraz aksiyaları keçirilib.

Etirazlar qısa müddət ərzində iğtişaşlarla nəticələnib. Polis qüvvələri ilə nümayişçilər arasında toqquşmalar olub.

Oxşar nümayişlər Çinin digər şəhərlərində də keçirilir.

Qeyd olunur ki, etirazları tətikləyən hadisə Urumçi şəhərində evdə baş vermiş yanğın olub. Hadisə nəticəsində bir ailənin 10 üzvü ölüb.

Vətəndaşlar bildiriblər ki, həmin ailəyə anti-COVID rejimi ilə əlaqədar küçəyə çıxmaq qadağan edilib və nəticədə bədbəxt hadisə nəticəsində ailənin bütün üzvləri ölüblər.

Mənbə: “Mediakiller” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir